419) Bügel protezin modelləşdirilməsi nəyin köməyi ilə aparıla bilər?
A) Qalaydan olan folqa ilə
B) Plastik şablon ilə
C) Bügel mumu
D) Bügel mumu ilə, plastmasdan olan şablonlar ilə
E) Vaynşteyn kütləsi
Müəllifə görə modelləşdirmədə istifadə olunan əsas material bügel mumu və hazır plastmasdan olan şablonlardır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 95
420) Odadavamlı modelin alınmasında tətbiq olunan küvet hansıdır?
A) Çıxmayan və çıxan protezlər üçün küvet
B) Xüsusi küvet
C) Çıxan protezlər üçün küvet
D) Çıxmayan protezlər üçün küvet
E) Körpüvari işlər üçün küvet
Bu küvet öz quruluşu ilə texniki laboratoriyada istifadə olunan küvetlərdən fərqlənir.
Ədəbiyyat: Ренферт «Идеи для зубной техники» 2008, səh 14
421) Hansı klammeri kombinəedilmiş bügel protezlərində istifadə edirlər?
A) Ardıkəsilməz klammer
B) Bonixard klammeri
C) Aşırma-Cekson klammeri
D) Teleskopik qapaq
E) Sadə Akker qarmağı
Adları çəkilən digər qarmaqlar qarmaqlı bügel protezində istifadə olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 164
Dostları ilə paylaş: |