442) Bügel protezləri hansı növ protezlərə aiddir?
A) Hissəvi çıxan
B) Körpüvari
C) Taxma
D) Çixmayan
E) Tam çıxan
Bu protez dişsiz ağız boşluğunda hazırlana bilməz. Heç olmasa 5-6 dayaq diş olmalıdır və dayaq dişlərə fiksasiya elementləri ilə bərkidilməlidir.Ona görə də hissəvi çıxan protezlərə aiddir.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
443) Karkasın konstruksiyası hansı tökmə üsulunda daha dəqiq tökülür?
A) Model üstündə
B) Həm modelsiz, həm model üstündə
C) Modelsiz
D) Ancaq qiymətli metal istifadə olunanda
E) Metal hissələri töküb, sonra lehimləyəndə
Müəllifə əsaslanaraq karkasın konstruksiyası model üstündə tökmə üsulu ilə daha dəqiq tökülür.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 313
Dostları ilə paylaş: |