463) Kombinəedilmiş qarmağın əsas hissələri hansıdır?
A) 2 çiyin –biri T-şəkilli , o birisi Sadə Akker qarmağın çiyni, okklüzion pəncə, cisim
B) 2 dənə çiyin, cisim
C) 1 çiyin, okklüzion pəncə, çıxıntı
D) 2 dənə T-şəkilli çiyin, okklüzion pəncə, çıxıntı
E) 2 dənə çiyin, okklüzion pəncə
2 çiyin –biri T-şəkilli , o birisi Sadə Akker qarmağın çiyni, okklüzion pəncə, cisim kombinəedilmiş qarmağın əsas hissələridir.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 155
464) Dilaltı qövs diş ətindən neçə mm aralı olmalıdır?
A) 5 mm
B) 3 mm
C) 2 mm
D) 4 mm
E) 1mm
Müəllifə görə dilaltı qövs diş ətindən 4 mm aralı olmalıdır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 63
465) Bügel protezlərinin əlavə elementləri hansılardır?
A) Süni dişlər. bazis
B) Qarmaqlar və pəncələr
C) Təzyiq bölüşdürücülər, məhdudlaşdırıcılar, pəncələr
D) Yəhərəbənzər hissə, pəncələr, dişlər
E) Dişlər, bazislər, yəhərəbənzər hissə
Bügel protezlərinin əlavə elementləri təzyiq bölüşdürücülər, məhdudlaşdırıcılar, pəncələrdir. Qalan variantlar bügel protezinin əsas elementləridir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 63
Dostları ilə paylaş: |