516) Bügel protezin konstruksiyasında olan səhvlər nəyə gətirib çıxarır?
A) Haymorit
B) Blefaritə
C) Stomatit
D) Xeylit
E) Rinit
Bügel protezin konstruksiyasında olan səhvlər stomatitin əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 124
517) Kombinəedilmiş qarmağın uzun çıxıntısı protezin hansı hissəsinə yönəlir?
A) Süni dişlər
B) Yəhər
C) Qövs
D) Dişin ekvatoruna
E) Plastmas
Kombinəedilmiş qarmağın uzun çıxıntısı protezin qövs hissəsinə yönəlir
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh156
518) Kombinəedilmiş bügel protezi qarmaqlı bügel protezindən fərqləndirən müsbət cəhət hansıdır?
A) Diş sayının çox olmasında düzəlir
B) Atrofiyaya uğramış damaqda tətbiq edilir
C) Sağlam dişlər yonulur
D) Fiksasiya elementlər görünmür
E) Bu protez daha asan düzəlür
Fiksasiya elementləri çox vaxt alt qapağa birləşdirilir və ona görə də görünmür.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 136
Dostları ilə paylaş: |