536) Bügel protezlərini hazırlayanda hansı modeldən istifadə olunur?
A) Yalnız diaqnostik
B) Bütün model növlərindən istifadə olunur
C) Həm diaqnostik, həm də master-modeldən
D) Yalnız master modeldən
E) Muzey modelindən
Bügel protezlərini hazırlayanda həm diaqnostik, həm də master-modeldən istifadə olunur
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 35
537) Nə üçün texnik diaqnostik modeldən qəlib hazırlamamışdan qabaq aşağı çənənin yəhər hissəsinə qoyulmuş mumda dor bucaq şəklində hissəni kəsib götürürük?
A) Qövs həmin hissədə xüsusi birləşdirici ilə birləşir
B) Mum plastmasla əvəz olanda o hissə üfüqi istiqamətdə dayaq yaradılır
C) Selikli qişaya yük düşməsin
D) Heç bir əhəmiyyəti yoxdur
E) Sonradan mumu plastmasla əvəz edəndə o hissədə şaquli istiqamətdə dayaq yaradır
Texnik diaqnostik modeldən qəlib hazırlamamışdan qabaq aşağı çənənin yəhər hissəsinə qoyulmuş mumda dor bucaq şəklində hissəni kəsib götürürük ki, sonradan mumu plastmasla əvəz edəndə o hissədə şaquli istiqamətdə dayaq yaradılsın.
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 81
Dostları ilə paylaş: |