551) İlanvari yaylı klammerin hissələri hansıdır?
A) 2 yarımdairəvi əymə, çiyin və bazisə bərkidilən hissə
B) 3 yarımdairəvi əymə, dişləm lövhəciyi
C) Qövs, yay, dişləm lövhəciyi
D) Mail səth, qövs, yiv
E) 2-3-dən artıq olmayan əymə və bazisə bərkidilən hissə
İlanvari yay dişlərin vestibulyar tərəfə əyilməsində istifadə olunur.Yayların təsir gücü və dişin hansı istiqamətdə yerdəyişməsi yayların əymələrinin sayından asılıdır. 3 əymədən artıq məsləhət deyil, çünki yayın təsiredici hissəsi uzanır və dişin üstündən sürüşür.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 325
552) Uşaq yaşlarında üz-çənə anomaliyalarının aradan qaldırılması üçün tətbiq olunan aparatlar təsir prinsipinə görə neçə qrupa bölünür?
A) 4
B) 5
C) 3
D) 6
E) 2
Təsir prinsipinə görə ortodantik aparatlar 3 qrupa bölünür: mexaniki, funksional və kombinəedilmiş.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 310
Dostları ilə paylaş: |