553) Qulyayev aparatı hansı funksional qrupa aiddir?
A) Mexaniki təsirli
B) Funksional təsirli
C) Qarışıq təsirli
D) Profilaktik
E) Retension təsirli
Qulyayev aparatı mexaniki təsirli aparatdır, çünki dayaq qapaqlardan və onlara lehimlənmiş borucuqdan, sürüşkən qövsdən və rezin dartılardan ibarətdir. Aparatın elementləri mexaniki təsirlidir.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец, И.М. Оксман, В.Ю.Курляндский. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 358
554) Süd dişləmində diş cərgələri hansı formadadır?
A) Yarımellips
B) Parabola
C) Yarımdairə
D) Üçbucaq formasında
E) Dairəvi
Süd dişləmdə diş cərgələri yarımdairəvi şəklində olurlar.Yuxarı diş cərgəsi aşağı diş cərgəsindən böyük olur.Təbii ki, bu normal dişləmə aiddir.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 412
555) Ayrı-ayrı dişlərin anomaliyaları neçə qrupa bölünür?
A) 2
B) 5
C) 7
D) 4
E) 6
Ayrı-ayrı dişlərin anomaliyaları 5 qrupa bölünür.1) formasına görə, 2) ölçüsünə görə, 3) sayına görə, 4)çıxma müddətinə görə, 5) yerləşməsinə görə.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 433
Dostları ilə paylaş: |