679) Aşağıdakılardan fizioloji dişləmə aid olanlar hansıdır?
A) Distal distal
B) Çəp dişləm
C) Açıq dişləm
D) Düz dişləm
E) Dərin dişləm
Fizioloji dişləmə-düz, ortoqnatik, fizioloji progeniya və fizioloji opisnoqnatiya aiddir.
Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 səh 4
680) Anomaliyaların növləri aşağıdakılardan hansılardır?
1.Anadangəlmə
2.Həkimin səhvlərindən yaranan
3.Travma nəticəsində yaranan
4.Qazanılma
A) 1
B) 2
C) 2 və 3
D) 3 və 4
E) 1 və 4
2 cür olur. Anadangəlmə və sonradan uşağın pis vərdişləri, keçirdiyi xəstəliklərin nəticəsində yaranan
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 414
681) Ölçüsünə görə dişin anomaliyası hansıdır?
A) Retensiya
B) Hiperodentiya
C) Makrodentiya, mikrodentiya
D) Hipodentiya
E) Adentiya
Dişlərin ölçüsünün böyük olması makrodentiya, kiçik olması isə mikrodentiya
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 433-435
Dostları ilə paylaş: |