742) Yayın əyintilərinin sayı maksimum neçə olmalıdır?
A) 6
B) 2
C) 3
D) 4
E) 5
3-dən çox olmamalıdır, çünki təsiredici hissə uzun və elastiki olur, dişin üzərindən sürüşür və dilin hərəkətinə mane olur.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 127
743) Aşağılardakılardan hansı müalicəvi aparatlara aiddir?
1. Aktiv
2.Passiv
3.Retensiyaedici
A) 1
B) 1 və2
C) 3 və 1
D) 2 və 3
E) 2
Aktiv yəni- mexaniki , passiv isə funksional aparatdır.Retensiyaedici isə müalicənin davamlılığını təmin edir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 310
744) Andrezen-Hoypl aparatı nə zaman tətbiq olunur?
A) Yuxarı çənənin genişləndirilməsində
B) Diş cərgəsinin genişləndirilməsində
C) Diş cərgəsinin sıxılmasında
D) Aşağı çənənin genişləndirilməsində
E) Hər iki çənənin eyni zamanda genişləndirilməsində
İkiçənəli aparatdır. Aparatın üzərində olan yivlər çənələri genişləndirir. Bu aparat qeyri-aktiv vəziyyətdə, həm də retension aparat kimi istifadə oluna bilər.
Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 73
Dostları ilə paylaş: |