758) M-şəkilli əymələr hansı qövsdə olur?
A) Engl stasionar qövs
B) Vestibulyar qövs
C) Linqval qövs
D) Engl sürüşkən qövs
E) Üz qövsü
M-şəkilli vestibulyar qövs köpək dişi diş sırasına qaytarmaq üçün istifadə olunur. Aktivləşmə yan tərəfdəki əymələrlə aparılır, orta əyinti köpək dişə təzyiq edir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 324
759) Linqval qövslər harada yerləşdirilir?
A) Vestibulyar tərəfdə
B) Ağızdan kənar
C) Köpək dişin üstündə
D) Azı dişlər nahiyəsində
E) Dil və ya damaq tərəfdən
Linqval qövslər dil və ya damaq tərəfdən yerləşdirilir, qövs frontal dişlərin önə yerdəyişməsi və çıxan aparatın fiksasiyası məqsədilə hazırlanır..
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 119
Dostları ilə paylaş: |