771) İkiqat Koffin yayında əvvəlcə hansı qat əyilir?
A) Açıq hissə
B) Yarımdairəvi hissə
C) Daxili qat
D) Çıxıntı hissə
E) Xarici qat
İkiqat Koffin yayın xarici qatı 0,8-0,9 mm diametrli, daxili qat isə 0,6-0,7 mm diametrli məftildən hazırlanır. Əvvəlcə daxili qat əyilir. Xarici qat isə daxili qatı təkrar edir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 131
772) Engl aparatında boru qapaqlara hansı tərəfdən lehimlənir?
A) Dişin distal səthindən
B) Vestibulyar tərəfdən
C) Oral tərəfdən
D) Dişin medial səthindən
E) Çeynəmə səthindən
Boru vestibulyar tərəfdən dayaq qapaqlara lehimlənir. Borulara qövs daxil olur.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 40
773) Hansı halda vestibulyar qövs M-şəklində əyilir?
A) Yan kəsiciləri önə gətirmək üçün
B) Açıq dişləmin müalicəsində
C) Diastemanın müalicəsində
D) Frontal dişləri önə çıxarmaq üçün
E) Köpək dişi öz yerinə gətirmək üçün
M-şəkilli əyrilər köpək dişi öz yerinə qaytarmaq üçün əyilir. Aktivləşmə üçün kənardakı əyintilər sıxılır, orta əyinti isə təzyiqə məyruz qalır və köpək dişə təzyiq göstərir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 40
Dostları ilə paylaş: |