781) Obturator hazırlanarkən plastmas bazisə hansı elementlər əlavə edilir?
A) Süni diş
B) Mail səth
C) İkinci –metal səth
D) Fiksasiyaedici elementlər
E) Qövs
Model üzərində plastmas bazis hazırlayaraq üzərinə fiksasiyaedici elementlər əlavə edilir.
Ədəbiyyat: Б.К.Костер, В.А.Миняева »Челюстно-лицевое протезирование». Медицина, 1985. səh 32
782) Kats aparatı hansı hissələrdən təşkil olunmuşdur?
A) Dayaq qapağı və aralıq hissə
B) Dayaq hissə və əlavə hissə
C) Dayaq hissə və üç sterjen
D) Dayaq hissə və iki sterjen
E) Dayaq hissə və aralıq hissə
Aşağı çənə bucağı nahiyəsindəki sınıqlarda xəstənin gicgah-çənə oynağında hərəkəti məhdudlaşdırmağa imkan verən fraqmentlərin təsbit edilməsi üçün A.Y.Kats tərəfindən təklif edilmiş aparat dayaq hissədən və iki sterjendən (mil) ibarətdir.
Ədəbiyyat: Y.Yusubov. Üz-çənə qüsurlarının bərpası. Bakı, 1996 səh 20
Dostları ilə paylaş: |