828) Metalın tərkibində olan Cr ərintiyə hansı xüsusiyyəti verir?
A) Davamlılıq
B) Parıltılıq
C) Yüksək mexaniklik
D) Möhkəmlik
E) Axma xassəsini yaxşılaşdırır
Metalın tərkibində olan Cr ərintiyə möhkəmlik verir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын.Зуботехническое материаловедение. «Медицина», Москва,1986; səh 49
829) Hidroliz reksiyası hansı mayelərlə aparılır?
A) Etilen qlikol, ortafosfat turşusu,spirt
B) Etilsilikat, spirt, sulfat turşusu, distillə olunmuş su
C) Etilsilikat, distillə olunmuş su
D) Fosfat turşusu, etil spirti
E) Sulfat turşusu, etilen qlikol, etil spirti
Hidroliz reaksiyası 10-15 dəq ərzində etilsilikat, spirt, sulfat turşusu, distillə olunmuş su ilə aparılır. Hidroliz edilmiş silikat marşalitlə qarışdırıldıqda alınan üzlük qatı odadavamlılıq qabiliyyətinə və mexaniki dayanıqlığa malik olur.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 89
Dostları ilə paylaş: |