95) Neylon protezlərin korreksiyasında hansı borlardan istifadə olunur?
A) Xüsusi fırçalardan
B) Vulkanit borlardan
C) Xüsusi sərtləşdirilmiş borlardan
D) Adi metal borlardan
E) Almaz borlardan
Neylon protezlərin korreksiyası zamanı vulkanit borlardan, qırmızı vulkanit borlardan və rezin disklərdən istifadə olunur.
Ədəbiyyat: В.Н.Копейкин, И.М.Оксман. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 266
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
96) Hansı fikir düz deyil?
A) Süd və daimi dişlərin sayı eynidir
B) Süd dişləri maviyə çalır
C) Hər bir dişin anatomik və kliniki tacı var
D) İnsan ömrü boyu üç dişləm dövrü keçirir
E) Süd dişlərində kiçik azı dişləri olmur
Süd dişləri 6-7 aydan çıxır və 2,5-3 yaşda tamamlanır. Süd dişləri sayı 20-dir. Daimi dişlər 6-7 yaşdan çıxır və 14 yaşında tamamlanır. Üçüncü azı dişi isə 20-25 yaşında çıxır. Daimi dişlərin sayı 32-dir.
Ədəbiyyat: А.А.Колесов. Стоматология детского возраста. Москва. «Медицина»-1991 səh 31
Dostları ilə paylaş: |