942) Qeyri qiymətli ərintilər neçə bar təzyiq altında qumlanmalıdır?
A) 9-10 bar
B) 4-6 bar
C) 8-9 bar
D) 6-8 bar
E) 2-3 bar
Qeyri qiymətli ərintilər 4-6 bar hava təzyiqi ilə qumlanmalıdır. Əgər təzyiq az olarsa Al2O3 qumu metal özül üzərində məsamələr yarada bilməz, çox olarsa metal özülü deşər.
Ədəbiyyat: VITA Wegweiser: Путеводитель фирмы VİTA по изготовлению металлокерамических каркасов под керамику. 2000. VİTA Zahnfabrik H.Rauter GHBH & CO,KG səh 20
943) Metal ərinti üzərində keramikanın maksimal qalınlığı nə qədər olmalıdır?
A) 1,5-2,0 mm
B) 2,5-3,0 mm
C) 3-4 mm
D) 3,5-5 mm
E) 2,0-2,5 mm
Metal ərinti üzərində keramikanın maksimal qalınlığı 1,5-2,0 mm olmalıdır. Əgər bu ölçüdən çox olarsa çeynəmə təzyiqi zamanı keramika sınar.
Ədəbiyyat: Макото Ямамото. Базисная техника изготовления металлокерамических зубных протезов. Москва. 1998 səh 9
Dostları ilə paylaş: |