1026) Qida borusunun uzunluğu nə qədərdir?
A) 18 – 22 sm
B) 20- 25 sm
C) 20 – 35 sm
D) 25 - 30 sm
E) 17 – 21 sm
Qida borusu 25-30 sm uzunluğunda borulu orqan olub VI-VII boyun fəqərələr arası disk səviyyəsində udlaqdan başlayıb X-Xı döş fəqərələri səviyyəsində bir qədər sola mədəyə açılır. Yerləşməsinə görə 3 hissəyə bölünür. Boyun, döş və qarın hissələri ayırd edilir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 87
1027) Onurğa beyni neçə cüt sinirdən ibarətdir?
A) 31
B) 30
C) 29
D) 32
E) 18
İnsanda 31 cüt onurğa beyni siniri vardır. Bunlardan 8 boyun, 12 döş, 5 bel, 5 oma, 1 büzdüm sinirləridir. Bir cüt onurğa beyni sinirinə uyğun gələn onuğa beyni hissəsi onurğa beyni seqmenti adlanır.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 209
Dostları ilə paylaş: |