209) Güdüllü qapağı ştiftli dişdən fərqləndirən xüsusiyyət hansıdır?
A) Çıxan protezə bərkidilir
B) Kök kanalına ştift vasitəsilə bərkidilir
C) Çıxmayan protezə aiddir
D) Çoxköklü dişlərə də hazırlamaq olar
E) Diş tacını bərpa edir
Güdüllü qapaqlar diş tacının xeyli hissəsi və ya tamamilə dağıldıqda hazırlanır. Bu halda kanala ştift yeridilməklə bərabər, onun ağız boşluğunda görünən hissəsinin üzərində yonulmuş diş formasında güdül hazırlanır və sonradan bu güdülün üzərinə adi qaydada qapaq düzəldilir. Diş köklərinə olan tələbatlar ştiftli dişlərdə olduğu kimidir. Lakin ştiftli dişlərdən fərqli olaraq, çoxköklü dişlərə də güdüllü qapaq hazırlamaq olar.
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 107-108
210) Dişin çeynəmə qabarlarını modelləşdirərkən nəyə görə onları hündür etmirlər?
A) Dişləmi qaldırmasın
B) Diş cərgəsində görünməsin
C) Estetikanı pozmasın
D) Dayaq dişi laxlatmasın
E) Çeynəmə prosesində iştirak etməsin
Dişin çeynəmə qabarlarını modelləşdirərkən hündür etmək olmaz, çünki alt çənənin hərəkətinə mane ola bilər, dişləmi qaldıra bilər. Bu da xəstəyə çox böyük narahatçılıq yarada bilər. Əgər həkim tərəfindən diş az yonulubsa, bu səhvi texnik model üzərində aradan qaldıra bilər.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 112
Dostları ilə paylaş: |