297) Qapaqlar tətbiqinə görə neçə yerə bölünürlər?
A) Kombinəedilmiş
B) Fiksasiyaedici, bərpaedici və dayaq
C) Dayaq və aralıq hissə
D) Ştamplanmış və tökmə
E) Metal və plastmas
Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli. Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60
298) Modelləşdirmə zamanı mum diş boynunu örtərsə nə baş verər?
A) Qapaq parıldamaz
B) Qapaq uzun olar
C) Qapaq diş boynunu əhatə etməz, diş ətinin üstünə oturar
D) Qapaq diş boynundan qısa olar
E) Qapaq möhkəm olmaz
Qapaq dişin boynunu kip əhatə etməklə, fizioloji diş əti cibinə minimal (0,3-0,5 mm) daxil olmalıdır. Əgər qapaq dişin boynundan enlidirsə, o, diş əti cibində deyil, onun üstündə oturur. Belə qapaq sementlənərsə, onunla diş arasındakı boşluğu sement doldurur. Lakin tədricən ağız suyunun təsirindən sement sovrulur və həmin boşluğa qida qalıqları dolur. Qidanin parçalanma məhsulları ağızda xoşagəlməz qoxunun yaranmasına səbəb olmaqla yanaşı, boyunətrafı kariyesin yaranmasına gətirib çıxarır, ya da konstruksiya boşalıb düşür.
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 92
Dostları ilə paylaş: |