428) Sadə Akker klammerin çiyni diş səthinin neçə hissəsini tutur?
A) 2/5
B) 3/4
C) 2/4
D) 1/5
E) 1/4
V.S.Poqodin və V.A.Ponomaryovun fikrinə əsaslanaraq biz belə hesab edirik.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарев. «Руководство для зубных техника» səh 153
429) Köpək dişin üzərində okklüzion pəncə hansı hissəyə qoyulmalıdır?
A) Vestibulyar hissədə
B) Diş qabarında
C) Oral səthdə
D) Qabarlar arasında
E) Kəsici kənarlar
Başqa variantda sadalanan yerlərə okklüzion pəncə qoyulsa dişləmin hündürlüyü artır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 71
430) Aşağı çənə üçün biz tökmə sistemini quraşdıranda tökmə qıfını harada yerləşdirə bilərik?
A) Qıf mütləq dişlərin kəsici səthlərinin üstündə olmalıdır
B) Dublikat-modeli hazırlayanda dublikat formanın içinə
C) Qıf dilaltı qövsə birləşikli olmalıdır
D) Qıf mütləq dişlərin çeynəmə səthlərinin üstündə olmalıdır
E) Qıf ilə modelin səthinin arasında 2 mm olmalıdır
Qıfın belə yerləşdirilməsi modeldə tökmə üçün lazımi boş sahə yaradır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 99
Dostları ilə paylaş: |