451) Bügel protezi qövsünün yuxarı çənədə optimal eni nə qədərdir?
A) 5-10 mm
B) 10-11mm
C) 2-3 mm
D) 3-4 mm
E) 1 mm
Müəllifə görə bügel protezin qövsünün yuxarı çənədə optimal eni 5-10 mm-dir
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 145
452) Paralelometriyanın seçmə üsulunda neçə növ kalibr istifadə olunur?
A) N:1, N:2
B) N:1, N:2, N:3, N:4
C) N:5, N:7
D) N:5, N:6
E) N:1, N:2, N:3
Müəllifə görə paralelometriyanın seçmə üsulunda 3 növ kalibr istifadə olunur. N:1, N:2, N:3
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев «Руководство для зубных техника» səh 150
453) Okklüzion pəncə üçün dişin hansı toxumasında fissur açılır?
A) Mina
B) Paradont
C) Pulpa
D) Dentin
E) Periodont
Okklüzion pəncə üçün dişin mina toxumasında fissur açılır.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 71
Dostları ilə paylaş: |