466) Bügel protezlərinin əsas elementləri hansılardır?
A) Plastmas, klammer, qapaq, okklüdator
B) Plastmas, metal karkas, klammer, süni dişlər
C) Metal karkas, qapaqlar, ştiftlər
D) Plastmas, mum
E) Süni dişlər, metal karkas, okklüdator
Bügel protezlərinin əsas elementləri plastmas, metal karkas, klammer, süni dişlərdir.Qalan variantlarda əsas hissələrlə bərabər əlavə hissələr qeyd olunub.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 285
467) Kobalt-xrom ərintisinə hansı metallar daxildir?
A) Kobalt, xrom, nikel
B) Kobalt, xrom, molibden
C) Kobalt, xrom, platin
D) Kobalt, xrom, qızıl
E) Kobalt, xrom, titan
Kobalt-Xrom ərintisinin tərkibinə daxildir: Kobalt,xrom,molibden metalları
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 255
Dostları ilə paylaş: |