468) Bügel protezlərində ən çox tətbiq edilən qarmaqlar hansılardır?
A) Dayaq
B) Tutucu
C) Əyilmiş, tutucu
D) Dayaq-tutucu
E) Dentoalveolyar
Bügel protezlərində ən çox tətbiq edilən qarmaqlar dayaq-tutucudur. O biri qarmaqların istifadəsi çox az hallarda olur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 153
469) Tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə neçə mm olmalıdır?
A) 1 mm
B) 0,5 mm
C) 12 mm
D) 5-10 mm
E) 2-3 mm
Müəllifə görə tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə 5-10 mm olmalıdır.
Ədəbiyyat: Ренферт «Идеи для зубной техники» 2008 səh 25
Dostları ilə paylaş: |