472) Dişin öndə duran dişə tərəf olan səthi necə adlanır?
A) Distal
B) Medial
C) Aproksimal
D) Vestbulyar
E) Oral
Dişin öndə duran dişə tərəf olan səthi müəllifə görə medial adlanır.
Ədəbiyyat: В.Н.Копейкин, В.С.Кнубовец. Зубопротезная техника səh 12
473) Kombinəedilmiş bügel protezlərində blokvari birləşmə hansı vəziyyətdə tətbiq olunur?
A) Diş ətrafı toxumada iltihab əlamətləri olduqda
B) Dişin sayı çox olanda
C) Dişlər oral tərəfə əyiləndə
D) Dişin sayı az olanda
E) Dişlərin tacı qısa olanda
Müəllifə əsaslanaraq kombinəedilmiş bügel protezlərində blokvari birləşmə dişin sayı az olan vəziyyətdə tətbiq olunur.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 165
474) Alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq nə ilə izolə edilməlidir?
A) Kompozit materialı ilə
B) Qalaydan olan folqa ilə
C) Vazelin ilə
D) Başqa növ mum ilə
E) Silikon matrisa ilə
Müəllifə görə alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq vazelin ilə izolə edilməlidir.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental. İnternational School BEGO Germany. 2006. səh 206
Dostları ilə paylaş: |