689) III tip Frenkel funksiya nizamlayıcısı hansı patologiya üçün tətbiq edilir?
A) Distal okklüziya
B) Mezial dişləm
C) Diş cərgəsinin dizokklüziyası
D) Mərkəzi okklüziya
E) Dərin dişləm
III tip Frenkel aparatında dodaq pelotları yuxarı çənəyə hazırlanır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 355
690) Uşaqlarda II azı dişləri nə zaman çıxır?
A) 6-8 ay
B) 8-12 ay
C) 16-20 ay
D) 20-30 ay
E) 12-14 ay
Uşaqlarda II azı dişləri 20-30 ayında çıxır
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”. Bakı-1982”. Maarif” nəşriyyatı. səh 16
691) Frenkel funksiya nizamlayıcısı yerləşdiyi yerinə görə necə aparatdır?
A) Ağızdankənar qarışıq
B) Ağızdankənar aktiv
C) Ağızdaxili birçənəli
D) Ağızdankənar
E) Ağızdaxili ikiçənəli
Gecələr istifadə olunur. İkiçənəli aparatdır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 350
Dostları ilə paylaş: |