739) Koller yayında bügel hissədə neçə yarımdairəvi əyinti olur?
A) 3 və ya 5
B) 2 və ya 5
C) 3 və ya 6
D) 3 və ya 5
E) 2 və ya 4
Koller yayında bügel hissədə 3 və 5 yarımdairəvi əyinti olur.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 132
740) Patoloji dişləmin növləri hansılardır?
1.Proqnatiya
2.Progeniya
3.Çəp dişləm
4.Açıq dişləm
5.Düz dişləm
6.Ortoqnatik dişləm
A) 1, 2, 3, 4
B) 1, 3, 5, 6
C) 1, 2, 4, 6
D) 1, 5, 6, 4
E) 2, 3, 4, 6
Düz dişləm fizioloji dişləmə aiddir.
Ədəbiyyat: Z.İ.Qarayev. ”Ortopedik Stomatologiya”. Bakı-2008 səh 40
741) Engl təsnifatının II sinfi neçə yarımqrupa bölünür?
A) 3
B) 4
C) 2
D) 5
E) 6
2 yarımyarım sinfə bölünür.
1.Yuxarı ön dişlər vestibulyar tərəfə əyilib.
2.Yuxarı ön dişlər oral tərəfə əyilib və dərin dişləm yaradır.
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 426
Dostları ilə paylaş: |