752) Dişlərin transpozisiyası nədir?
A) Dişlərin arxada yerləşməsi
B) Dişlərin yerdəyişməsi
C) Dişlərin önə çıxması
D) Dişlərin bir-birindən sıx yerləşməsi
E) Dişlərin bir-birindən aralı yerləşməsi
Transpozisiya- ayrı-ayrı dişlərin yerdəyişməsi, məsələn köpək dişin yan kəsicinin yerində çıxmasıdır.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
753) Qetçinson dişləri hansı anomaliya adlanır?
A) Dişlərin formasına görə
B) Dişlərin köklərinə görə
C) Dişlərin ölçüsünə görə
D) Dişlərin yerdəyişməsinə görə
E) Dişlərin çıxmasına görə
Qetçinson dişləri-ayrı-ayrı və ya bütün dişlərin eybəcər formasında olur. Ona görə də Qetçinson dişləri formasına görə anomaliyalara aiddir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 7
Dostları ilə paylaş: |