776) Üz qövsləri neçə hissədən ibarətdir?
A) 5
B) 1
C) 2
D) 4
E) 3
Üz qövsü ağızdan kənar apaaratların elementlərinə aiddir və 3 hissədən ibarətdir- 1 hissə ağızdaxili və 2 yan hissələr –ağızdankənar.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 230
777) Ortodontik yivlər hansı aparatların elementlərinə aiddir?
A) Mexaniki təsirli
B) Profilaktik təsirli
C) Funksional təsirli
D) Retensiyaedici
E) Kombinəedilmiş
Ortodontik yivlər mexaniki təsirli aparatların əsas elementlərinə aiddir. O yivləri bazisin içində orta hissəsində yerləşdirirlər və ¼ bir oborot həftədə 1 dəfə onu aktivləşdirməklə daimi ağızda təsirini saxlayırlar.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 136
Dostları ilə paylaş: |