778) Koller yayı hansı çənə üçün hazırlanır?
A) Hər iki çənə üçün
B) Aşağı çənə üçün
C) Monoblokda
D) Kappalarda
E) Yuxarı çənə üçün
Koller yayı aşağı çənənin genişlənməsi üçün istifadə olunur. O, dil altı bügel qövsdən , 2 yarımdairəvi əyintidən və 2 çıxıntıdan ibarətdir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Л.С.Персин. «Ортодонтия». «Ортодент-инфо» 1999 səh 132
779) Hansı aparat əzələlərin funksiyasını nizamlamaqla təsir edir?
A) Bryukl aparatı
B) Yivli lövhə
C) Frenkel aparatı
D) Bınin kappası
E) Çənəaltı sapand
Frenkel hesab edir ki, udqunma, çeynəmə, tənəffüs funksiyalarının pozulması, üz-çənə sisteminin patologiyalarına səbəb olur. Aparatın elementləri əzələlərin mənfi təsirini aradan qaldırmaq üçün nəzərdə tutulub. Frenkel aparatına funksiya nizamlayıcısi deyilir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 348
Dostları ilə paylaş: |