102) Neylon protezlərdə hansı klammerlərdən istifadə olunur?
A) Üççiyinli klammerlərdən
B) Dento-alveolyar klammerlərdən
C) Birçiyinli klammerlərdən
D) Dairəvi klammerlərdən
E) Pelotlar
Neylon protezlərdə öz materialından elastiki dento-alveolyar klammerlərdən istifadə olunur ki, bu da protezin daha estetik görünməsinə səbəb olur.
Ədəbiyyat: Google, Valplast. Съемные нейлоновые гибкие протезы. Valplast. (США)
103) Lövhəli protezdə I kiçik azı dişlərə klammer qoymaq üçün hansı xətt daha uyğundur?
A) Dioqanal klammer xətti
B) Sagital klammer xətti
C) Mərkəzi xətt
D) Transversal klammer xətti
E) Burun-qulaq xətti
Lövhəli çıxan hissəvi protezlərdə I kiçik azılara klammer qoymaq üçün ən uyğun xətt transversal xəttdir..
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 214
Dostları ilə paylaş: |