1019) Qaraciyər neçə paydan ibarətdir?
A) 5
B) 8
C) 3
D) 6
E) 2
Qaraciyərin diafraqmaya söykənən, yuxarı – diaqfraqma və qarın boşluğu orqanlarına baxan aşağı – visseral səthləri vardır. Diafraqma səthi üzərində yerləşən orağabənzər bağ qaraciyəri böyük sağ və kiçik sol paylara bölür.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 96
1020) Mədə harada yerləşir?
A) 12 barmaq bağırsaqla acı bağırsaq arasında
B) Acı bağırsaqla qalça bağırsaq arasında
C) Qida borusu ilə 12 barmaq bağırsaq arasında
D) 12 barmaq bağırsaqla qalça bağırsaq arasında
E) Qalça bağırsaqla çənbər bağırsaq arasında
Mədə qarın boşluğunda qida borusu ilə 12 barmaq bağırsaq arasında yerləşir və həzm kanalının ən geniş hissəsini təşkil edir. Yaşlı insanda mədənin tutumu orta hesabla 3,0-l- dir. Mədənin forması və ölçüləri onun nə dərəcədə dolu olmasından asılıdır.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 88
Dostları ilə paylaş: |