1021) Qalxanabənzər vəzin hiperfunksiyasında hansı xəstəlik baş verir?
A) Bazedov xəstəliyi
B) Diabet
C) Miksedema
D) Akromeqaliya
E) Kretinizm
Qalxanabənzər vəzin yodtərkibli hormonları orqanizmdə gedən mübadilə proseslərində (oksidləşmə, yağların parçalanması, suyun və kalium ionlarının xaric olması və s) iştirak edirlər. Qalxanabənzər vəzin hiperfunksiyası zamanı Bazedov xəstəliyi əmələ gəlir. Bu zaman mübadilə prosesləri sürətlənir, sinir sisteminin funksiyası pozulur, ürək döyünmə, bədən temperaturunun qalxması, göz bəbəklərinin önə qabarması (ekzoftalm) müşahidə olunur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 144
Dostları ilə paylaş: |