1022) Mədənin selikli qişasının iltihabı necə adlanır?
A) Hepatit
B) Qastrit
C) Peritonit
D) Duodenit
E) Appendisit
Mədənin selikli qişasının iltihabına qastrit deyilir. Qastritin kəskin formalarına kataral, peptiki (yüksək konsentrasiyalı mədə şirəsinin ifrazı ilə müşahidə olunur) eroziv, fibrinoz, irinli (fleqmanoz) qastritlər aiddir. Xroniki qastritlər hipertrofik, atrofik və popinoz olur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 103
1023) Pankreasın Langerhans adacıq hissəsinin β hüceyrələrinin hormonu hansıdır?
A) Hidrokartizon
B) Tireoksin
C) Noradrenalin
D) İnsulin
E) Adrenalin
Mədəaltı vəzin endokrin funksiyası onun əsasən quyruq nahiyyəsində yerləşən Langerhans adacıqlarının hüceyrələri tərəfindən təmin olunur. Adacıqların hüceyrə tərkibi müxtəlifdir. Belə ki, onların 60-80%-ni insulin ifraz edən β hüceyrələri təşkil edir. Insulin qlyukozanı ehtiyyat halında olan qlikogenə çevirir və çatmamazlığı şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 100
Dostları ilə paylaş: |