118) Klammerlər materialına görə neçə yerə bölünür?
A) 8
B) 4
C) 5
D) 6
E) 3
Qarmaqlar (Klammerlər) materialına görə -metal, plastmas və qızıldan olur. Metal qarmaqların tutuculuq xüsusiyyəti onun hazırlandığı materialdan asıldır. Dentoalveolyar və diş əti qarmaq plastmasdan hazırlanır. Onlar estetik cəhətdən frontal və paradontoz dişlərə düzəldilir.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 161-162
119) Kristallaşan ölçü materialları hansıdır?
A) Gips, dentol, repin
B) Mum, algelast, gips
C) Gips, repin, akrodent
D) Gips, stomaplast, dentol
E) Dentol, sielast, tiodent
Gips kristallaşan öçü materialıdır, ağ rənglidir. Modellər alınır və okklüdatora gipslənir. Dentolun tərkibi: sink-oksid, vazelin yağı, kanifol, qvayakol və boyaq mayesi. Repinin tərkibi: sink oksid, evgenol tərkibli kütlədir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина» Москва 1986 səh 109-110
Dostları ilə paylaş: |