123) Fərdi qaşıq hazırlanmasının neçə laborator mərhələsi var? A) 3
B) 2
C) 5
D) 4
E) 6
İndividual qaşığın hazırlanmasının 2 mərhələsi var. I mərhələ- model alınıb, onun üstündə sərhədləri çəkdikdən sonra qızdırılmış mumu sıxırlar və ona məftildən tutacaqlar hazırlanır. II mərhələdə mum plastinkanın modellə birlikdəküvetə gipslənir, mum əridilir və plastmasla əvəz olunur.
Ədəbiyyat: Е.И.Гаврилов, И.М.Оксман. Ортопедическая Стоматология. səh 266
124) Aproksimal klammerin tətbiq olunduğu dişlər hansılardır? A) Çeynəmə dişləri
Aproksimal klammerlər bir və ya ikiçiyinli olur. Bu növ klammerlər ancaq ön dişlərdə və onların aproksimal səthlərində tətbiq olunduqda onlara aproksimal klammerlər deyilir.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 110