133) Dento-alveolyar klammerin diş hissəsi hansı qalınlıqda olur?
A) 5 mm
B) 0,5-1,0 mm
C) 1,5-2,0 mm
D) 4,0-6,0 mm
E) 2,0-3,0 mm
Dento-alveolyar klammerin diş hissəsinin qalınlığı 0,5-1,0 mm olur.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 219
134) Ölçü alma neçə mərhələdə gedir?
A) 5
B) 6
C) 4
D) 3
E) 2
Ölçü alma 2 mərhələdə gedir. I mərhələ-qaşıq seçilir, material hazırlanır. II mərhələ- material qaşığa qoyulub ağız boşluğundan ölçü alınır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983 səh 49
Dostları ilə paylaş: |