135) Torus nədir?
A) Azı dişləri nahiyyəsində qabar
B) Alveolun qabarı
C) Diş-çənə sisteminin anomaliyası
D) Damaq tikişinin qabarı
E) Frontal dişlər nahiyyəsində qabar
Torus təzyiqə həssas nazik selikli qişa ilə örtülü olur, müxtəlif hündürlükdə və formada rast gəlinir. Damaq torusu hissəvi lövhəli protez hazırlandıqda nəinki protezin pis fiksasiyasına, həm də onun sınmasına səbəb ola bilər.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 59
136) Klammerlərin tətbiqi üçün vacib şərt nədir?
A) İstinad dişlərinin paralelliyi
B) Antaqonist dişlərin paralelliyi
C) Fərqi yoxdur
D) İstinad dişlərin sayı
E) Konvergensiya etmiş ustunad dişləri
Hər bir hissəvi protez düzəldiyi zaman dayaq dişlərin paralelliyinə fikir vermək lazımdır. Dayaq dişlər paralel olmadığı zaman hissəvi çıxan protezin üstündə yerləşdiyi klammer dişə oturmayacaq.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992 səh 99
Dostları ilə paylaş: |