Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Kəskin ümumi pulpitlə üçlü sinirin nevralgiyasının diferensial diaqnostikasında aşağıdakılardan hansı həlledici rol oynayır?



Yüklə 1,73 Mb.
səhifə2/16
tarix08.06.2018
ölçüsü1,73 Mb.
#53019
1   2   3   4   5   6   7   8   9   ...   16

76) Kəskin ümumi pulpitlə üçlü sinirin nevralgiyasının diferensial diaqnostikasında aşağıdakılardan hansı həlledici rol oynayır?

A) Zondlama

B) Termometriya

C) Perkussiya

D) Ağrıların xarakteri

E) Elektrometriya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
77) Səthi karies üçün aşağıdakı əlamətlərdən hansı daha xarakterikdir?

A) Qüsurun dibinin sərtliyi

B) Boyalarla rənglənmə

C) Qüsurun oval formada olması

D) Qüsurun dibinin yumşaqlığı

E) Demineralizasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
78) Tək köklü dişlərdə kəskin diffuz pulpitin müalicəsi zamanı sadalanan hansı metod tətbiq edilməlidir?

A) Vital ekstirpasiya

B) Devital amputasiya

C) Vital amputasiya

D) Dişin çıxarılması

E) Pulpanın devitalizasiyası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
79) Xroniki fibroz pulpit zamanı hansı tədbir görülməlidir?

A) Dişin çıxarılması

B) Vital amputasiya

C) Bioloji müalicə

D) Devitalizasiya

E) Vital ekstirpasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
80) Xroniki proliferativ pulpit zamanı hansı müalicə metodu daha rasional sayılır?

A) Vital ekstirpasiya

B) Dişin çıxarılması

C) Vital amputasiya

D) Devitalizasiya

E) Bioloji müalicə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
81) Tac pulpanın qanqrenası zamanı ən rasional müalicə metodu hansı hesab olunur?

A) Vital amputasiya

B) Yodla-elektroforez

C) Diatermokoaqulyasiya vasitəsi ilə pulpanın devitalizasiyası

D) Vital ekstirpasiya

E) Devitalizasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
82) Xroniki fibroz pulpitin və dərin kariesin diferensial diaqnostikasında hansı həlledici sayılır?

A) Zondlama

B) Ağrıların xarakteri

C) Termometriya

D) Elektrometriya

E) Vaxt faktoru


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
83) Qanqrenoz pulpitin və xroniki periodontitin diferensial diaqnostikasında həlledici rolu nə oynayır?

A) Ağrıların xarakteri

B) Elektrometriya

C) Perkussiya

D) Zondlama

E) Termometriya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
84) Kanalları çətin keçilən dişlərdə pulpa qalıqları qaldıqda nə tətbiq olunur?

A) Novokain blokadası

B) Diatermokoaqulyasiya

C) Antibiotik və kortikosteroidlər

D) Yodla elektroforez

E) Mərgümüş və yaxud paraformaldehid pastası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
85) Vital amputasiyadan sonra pulpa güdülünün tezliklə sağalması üçün nədən istifadə edilir?

A) Evgenoldan

B) Antibiotiklərdən

C) Kalsium hidroksiddən

D) Mərgümüş pastasından

E) Kortikosteroidlərdən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
86) Pulpitin bioloji metodla müalicəsi zamanı ağrıların götürülməsi və iltihabi reaksiyanın zəifləməsi üçün ən yaxşı vasitə hansıdır?

A) Yod


B) Kalsium hidroksid

C) Kortikosteroidlər

D) Evgenol

E) Antibiotiklər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
87) Vital ekstirpasiya zamanı çətin keçilən kanallar əvvəllər nə ilə doldurulurdu?

A) Antibiotik və kortikosteroid əsaslı pasta

B) Kalsium hidroksid

C) Evgenol pastası

D) Endometazon

E) Rezorsin-formalin pastası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
88) Nəyə görə tək köklü dişlərdə vital amputasiya aparmaq olmaz?

A) Boşluğun həcmi böyük olduğuna görə

B) Tac və kök pulpa arasında kəskin sərhəd olmadığı üçün

C) Bu halda iltihab tezliklə kök pulpasına keçdiyinə görə

D) Boşluğun həcmi kiçik olduğuna görə

E) Dişlərin rəngi dəyişdiyinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
89) Ekstirpasiyadan sonra kanaldakı qanaxmanı saxlamaq üçün ən yaxşı vasitə hansıdır?

A) Quru trunda

B) Vaqotil

C) Hidrogen peroksid

D) Fosfat-sementin mayesi

E) Aminokapron turşusu və ya kaprofer


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
90) Pulpitin bioloji metodla müalicəsi zamanı baş verən fəsadlar nə ilə bağlıdır?

A) Plombun pis fiksasiyası ilə

B) Dərman preparatlarının düzgün seçilməməsi ilə

C) Aseptika qaydalarının pozulması ilə

D) Diaqnozdakı xətalarla

E) Metodun həyata keçirilməsi texnikasının pozulması ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Periodontit. Endodontiya

91) Aşağı çənədə periodontal yarığın eni nə qədərdir?

A) 0,5-0,7 mm

B) 0,05-0,1 mm

C) 0,3-0,4 mm

D) 0,15-0,22 mm

E) 0,8-1,0 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
92) Yuxarı çənədə periodontal yarığın eni nə qədərdir?

A) 0,5-0,7 mm

B) 0,20-0,25 mm

C) 0,1-0,2 mm

D) 0,3-0,4 mm

E) 0,8-1 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
93) Xroniki periodontitin destruktiv formalarında sümük toxumasında baş verən dəyişikliklərin bərpasının minimal müddəti nə qədərdir?

A) 12-18 ay

B) 6-9 ay

C) 18-24 ay

D) 1-2 ay

E) 2-6 ay


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
94) Periodontitlər zamanı kök kanallarının proteolitik fermentlərlə yuyulması nə məqsəd daşıyır?

A) Kanalların doldurulmasını asanlaşdırmaq

B) Kanalları genişləndirmək

C) Mikrokanallardakı patogen floraya təsir etmək

D) Pulpanın qalıqlarını əritmək

E) Periapikal nahiyədə iltihab ocağına təsir etmək


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
95) Plomblamadan əvvəl kök kanalının plomblamaya hazırlanması zamanı hansı alətdən istifadə edilir?

A) Plaqqerdən

B) Şarvari bordan

C) Hedstremdən

D) Kanal doldurucudan

E) Kök iynəsindən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
96) Rentgenoqrafik apeksdən fizioloji zirvə dəliyinə kimi təxmini məsafə nə qədərdir?

A) 0,1-0,5 mm

B) 0,5-1 mm

C) 4-5 mm

D) 2-3 mm

E) 3-4 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
97) Lateral kondensasiya üsulu ilə kök kanallarının plomblanmasında hansı sayda huttaperça ştiftindən istifadə olunur?

A) Bir-iki

B) Bir

C) Dörd-beş



D) İki-üç

E) Tələb olunan sayda


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
98) Heyts borları nə məqsədlə istifadə olunur?

A) Diş boşluğunun dibinin hamarlanması

B) Kök kanalının girəcəyinin genişləndirilməsi

C) Diş boşluğunun divarlarının işlənməsi

D) Plomb materialının sıxlaşdırılması

E) Kök zirvəsinin rezeksiyası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
99) Kök kanalının düzgün plomblanması hansı kriteriya ilə qiymətləndirilir?

A) Kök kanalının 1/3 hissəsinin dolması

B) Kök kanalının 1/2 hissəsinin dolması

C) Plomb materialının zirvədən kənara çıxması

D) Kanalın 2/3 hissəsinin plomb materialı ilə dolması

E) Kök kanalının bütünlükdə dolması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
100) Kök kanallarının işlənməsini asanlaşdırmaq üçün nədən istifadə edilir?

A) Ortofosfor turşusundan

B) EDTA-dan

C) 3%-li hidrogen peroksiddən

D) 1%-li xlor-heksidindən

E) Fizioloji məhluldan


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
101) Kök kanallarını doldurarkən kanal doldurucunun maksimal fırlanma sürəti dəqiqədə nə qədər olmalıdır?

A) 500


B) 3000

C) 1000


D) 200

E) 1500
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


102) Kök kanallarının girəcəyi nə ilə genişləndirilir?

A) Almaz turbin bor ilə

B) Drel-bor ilə

C) Heyts bor ilə

D) Kanal doldurucu ilə

E) Tərs konusşəkilli bor ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
103) Periodontun əsas funksiyası hansıdır?

A) Plastik (çünki periodont hüceyrələri kollagen və polisaxaridlər sintez etməklə periodont toxumasını bərpa edə bilir)

B) Müdafiə (çünki o iltihabla aktiv mübarizəni təmin edir)

C) Dayaq (çünki periodont böyük təzyiqləri qəbul etmək və onu alveolun divarlarına ötürmək qabiliyyətinə malikdir)

D) Trofik (çünki o sementin qidalanmasını təmin edir)

E) Sensor


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
104) Kəskin periodontiti daha çox pulpitin hansı forması ilə diferensiasiya etmək lazım gəlir?

A) İrinli pulpitlə

B) Xroniki hipertrofik pulpitlə

C) Qanqrenoz pulpitlə

D) Xroniki pulpitin kəskinləşməsi ilə

E) Kəskin hissəvi seroz pulpitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
105) Kəskin periodontit və pulpitin diferensial diaqnostikasında sadalananlardan hansı həlledici rol oynayır?

A) Termometriya

B) Perkussiya

C) Ağrıların xarakteri

D) Rentgenodiaqnostika

E) Elektroodontodiaqnostika


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
106) Apikal periodontit və parodontitin diferensial diaqnostikasında sadalananlardan hansılar həlledici hesab edilir?

1. Pulpanın elektrik qıcıqlanmasının təyini

2. Rentgenoqrafiya

3. Zondlama

4. Termometriya

5. Perkussiya

A) 2, 3, 5

B) 2, 3

C) 1, 3, 4



D) 1, 2, 5

E) 3, 4
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


107) Periodontitin müalicəsində diş hermetikliyə tab gətirmirsə, kanallar nə ilə işlənilməlidir?

A) Qlükokortikosteroid və antibiotiklərlə

B) Antibiotiklərlə

C) Dezinfeksiyaedici məhlullarla

D) İltihab əlehinə qeyri-steroid preparatlarla

E) Fermentlərlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
108) Periodontitli dişdə zondlama zamanı ağrı və kanaldan qanaxma baş verdikdə hansı taktika seçilməlidir?

A) Diatermokoaqulyasiya aparılmalı və diş birbaşa plomblanmalıdır

B) Elektroodontometriya aparılmalıdır

C) Mərgümüş pastasından istifadə etməli, çünki belə dişlər pulpit kimi müalicə olunmalıdır

D) Diş müalicəvi sarğı qoyulmaqla bağlanmalıdır

E) Diş çəkilməlidir, çünki sonra qranulyasion toxuma dentini və kök sementini rezorbsiyaya uğradacaq


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
109) Aşağıdakılardan hansı kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara qoyulan tələblərə aid deyil?

A) Yaxşı hermetiklik və kanala asan daxil edilmə

B) Tez bərkimə

C) Bioloji tolerantlıq

D) Rentgenokontrastlılıq

E) Antimikrob və periodont toxumalarının regenerasiyasını stimulə edici təsirə malik olma


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
110) Nə üçün yaxşı keçilən kanalları rezorsin-formalin pastası ilə (katalizatorsuz) plomblamaq olmaz?

A) Periodontu qıcıqlandırdığına və dişin rəngini dəyişdiyinə görə

B) Kanalın hermetikliyini təmin etdiyinə görə

C) Prosesi kəskinləşdirdiyinə, bununla da sağalma prosesini sürətləndirdiyinə görə

D) Antiseptik və mumifikasiya edici təsir göstərdiyinə görə

E) Sağalma prosesini ləngitdiyinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
111) Nə üçün xroniki periodontitlərin müalicəsi zamanı fosfat-sementin zirvə xaricinə yeridilməsi aktiv müalicə üsulu sayılmır?

A) Dişlərin rəngini dəyişdiyinə görə

B) Kök kanallarının tam hermetikliyini təmin etmədiyinə görə

C) Sümük toxumasının regenerasiyasını stimulyasiya etməsinə görə

D) Bakteriosid təsirə malik olduğuna görə

E) Prosesin kəskinləşməsinə səbəb olduğuna görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
112) Kanal doldurulduqdan bilavasitə sonra baş verən ağrıları aradan qaldırmaq üçün ən yaxşı vasitə hansıdır?

A) Antibiotiklərin inyeksiyası

B) Keçid pərdəyə hidrokortizon inyeksiyası

C) Keçid pərdəyə lidokain blokadası

D) Diadinamik elektrik cərəyanı

E) Dişin kökü səviyyəsində keçid pərdənin kəsilməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
113) Kanalı işləyərkən alət sındıqda ilk növbədə nə etməli?

A) Diş çıxarılmalıdır

B) Alətin çıxarılmasına cəhd göstərməli

C) Diş kökünü rezeksiya etməli

D) Dişi rentgenoqrafiya etməli

E) Pasientə bu barədə məlumat verməli


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
114) Kanalları doldurmaq üçün istifadə olunan materialların tərkibində ən çox istifadə olunan komponentlər hansılardır?

A) Sink oksid və formokrezol

B) Epoksid plastmasslar

C) Sink oksid və ortofosfor turşusu

D) Sink oksid və antibiotiklər

E) Sink-oksid və evqenol


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
115) Xroniki periodontitin müalicəsinə başlayarkən sadalanan taktikalardan hansı daha məqsədə uyğundur?

A) Dişin anatomik boşluğunu açıb onu açıq qoymaq

B) Dişin anatomik boşluğunu açıb kanalın işlənəcək uzunluğunu qiymətləndirmək

C) Kök zirvəsinin rezeksiyası

D) Retroqrad plomblama

E) Dişi okklyuziyadan çıxarmaq


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
116) Kanaldan qanaxma zamanı endodontiyada nədən istifadə edilir?

A) Spirt


B) Fizioloji məhlul

C) Evgenol

D) Yodinol

E) Hidrogen - peroksid


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
117) Periodontitlərin müalicəsi zamanı hansı əlamətə görə kanalı plomblamağa başlamaq olmaz?

A) Bakterioloji kontrolun mənfi nəticəsi

B) Kök kanalının tələb olunan tərzdə genişləndirilməməsi

C) Xoşagəlməz qoxunun olmaması

D) Pasient tərəfindən heç bir şikayətin olmaması

E) Kanalda eksudatın olmaması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
118) Ön dişlərin kanalları üçün aşağıdakılardan hansını işlətmək məqsədə uyğun deyildir?

A) Rezorsin formalin pastası

B) Quttaperça

C) Gümüş ştift

D) Тərkibinə 5% və ya 30% yodoform əlavə edilmiş material

E) Fosfat - sement


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
119) Fenolun təsirini neytrallaşdırmaq üçün nədən istifadə edilir?

A) Natrium karbonat

B) Kreozot

C) Xloramin

D) Distillə olunmuş su

E) Spirt
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


120) Hidrogen peroksid kök kanalındakı nekrotik qalıqlara nəyin hesabına təsir edir?

A) Termiki effektinə görə

B) Nekrotik toxumalarla kontakt zamanı turşu əmələ gətirməsi hesabına

C) Aktiv oksigenin əmələ gəlməsi hesabına

D) Qurulayıcı effektinə görə

E) Dentini dekalsinasiya etməsinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
121) EDTA–nın əsas təsir xüsusiyyəti hansıdır?

A) Endodontik alətlərin itiliyini artırmaq

B) Dekalsinasiya

C) Antiseptik

D) Kanalın nəmləndirilməsi

E) Kanalın qurudulması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
122) Kanalı doldurarkən plomb materialını hansı həddə kimi çatdırmaq lazımdır (zirvə dəliyi tam obturasiya olunmaq şərti ilə)?

A) Kök kanalının ağzına qədər (girəcəyinə kimi)

B) Kanalın orta 1/3-nə qədər

C) Dişin kəsici kənarına və yaxud dişin okklyüzion səthinə qədər

D) Bütün pulpa kamerasını

E) Kanalın yarısına qədər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
123) Gümüş ştiftlərdən kanalın hermetik plomblanması məqsədi ilə hansı hallarda istifadə edilir?

A) Zirvəsi rezeksiya edilmiş kanallarda

B) Geniş kanallarda

C) Yaxşı keçilən, lakin dar və əyri kanallarda

D) Zirvəsi formalaşmamış kanallarda

E) Çətin keçilən və ya obliterasiya olunmuş kanallarda


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Plomb materialları

124) Müvəqqəti plomb materialları hansı xüsusiyyətə malik olmalıdır?

A) Tədricən bərkiməli, minanın rənginə uyğun rəngə malik olmalı

B) Rəngin sabitliyi, mexaniki və kimyəvi cəhətdən davamlı olmalı

C) Boşluğun divarlarına yaxşı yapışmalı, pulpaya zərərli təsir göstərməməli, boşluğa asan daxil edilib çıxarılmalı, sorulmamalı

D) Rentgenokontrast xüsusiyyətə malik olmalı

E) Kanala doldurulan materialların funksiyasını yerinə yetirməli


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
125) Amalqamaların əsas çatışmayan cəhəti hansı hesab olunur?

A) Mexaniki və estetik çatışmazlıq yaratması

B) Mikrocərəyan əmələ gətirməklə selik qişanın paresteziyasını törətməsi

C) Rütubətə yüksək həssas olması və həcmini dəyişməsi

D) Selik qişanın potensial allergiyasını və mikrocərəyanlar əmələ gətirməklə paresteziyasını törətməsi

E) Adgeziyanın olmaması, istilik keçirməsi və qızıl qapaqları korroziyaya uğratması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
126) Sadalanan materiallardan hansı pulpaya daha çox qıcıqlandırıcı təsir göstərir?

A) Epakril

B) Evikrol

C) Stomadent

D) Sinkpolikarboksilat sement

E) Silisin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
127) Amalqamdan qoyulmuş plomb hansı müddətdən sonra işlənə (cilalana) bilər?

A) 6 ay


B) 12 saat

C) 3-7 gün

D) 14 gün

E) 30 gün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
128) Kök kanallarını quttaperç ştiftlə plomblayarkən nədən istifadə edilir?

A) Plüqqerdən

B) Drelbordan

C) Zonddan

D) Ştopferdən

E) Kök iynəsindən


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
129) Dərin kariesin müalicəsində istifadə edilən materiallar hansı xüsusiyyətə malik olmalıdır?

A) Tez bərkiməlidir

B) Antimikrob və odontotrop təsirli olmalıdır

C) Boşluğa asan daxil edilməlidir

D) Məsaməsiz olmalı, boşluğun divarına yaxşı yapışmalı, çökmə verməməlidir

E) Plastik olmalıdır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
130) Pulpitin amputasion üsul ilə müalicəsi zamanı devitalizasiyadan sonra hansı pastadan istifadə etmək məsləhətdir?

A) Sink-evgenol pastası (kalsium hidroksidlə)

B) Timol, yodoform, timol-evgenol

C) Tərkibində formalin olan pastalar

D) Tərkibində sulfanilamidlər, streptosid, norsulfazol, antibiotik və kortikosteroidlər olan pastalar

E) Yuxarıda sadalananların hamısı


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
131) Pulpitin vital amputasiyası zamanı hansı pastadan istifadə edilir?

A) Tərkibində formalin olan pastalar

B) Tərkibində sulfanilamidlər olan pastalar

C) Timol, yodoform

D) Timol-evgenol

E) Sink-evgenol pastası (kalsium hidroksidlə)


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
132) Pulpanın tam ekstirpasiyasından sonra kök kanalını nə ilə doldurmaq məsləhətdir?

A) Sink-evgenol pastası ilə

B) Fosfat sementlə

C) Endometazon ilə

D) Kalsitlə

E) Rezorsin-formalin pastası ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
133) Kök kanallarını doldurarkən kalsium pastanın tərkibinə kalsium-hidroksid nə məqsədlə qatılır?

A) Kanalların daha yaxşı dolması üçün

B) Rentgenokontrast olduğuna görə

C) Osteogenezi stimulyasiya etmək üçün

D) Bioloji həmrəylik xüsusiyyətinə görə

E) İltihab əleyhinə təsirinə görə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
134) Tərkibində kalsium-hidroksid olan materiallar hansı hallarda işlədilir?

A) Pulpitlərdə pulpanın devitalizasiyası məqsədilə

B) Pulpitlərdə pulpanı saxlamaq üçün

C) Parodont xəstəliklərində

D) Ahıl yaşlarda periodontitlərdə

E) Kariesdə izolə edici ara qat kimi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
135) Kök kanallarını doldurmaq üçün istifadə olunan materiallara olan ən vacib tələbat hansı hesab olunur?

A) Bioloji həmrəylik

B) Osteo-dentino-sementogenezi stimulyasiya xüsusiyyəti

C) Antimikrob aktivliyə sahib olması

D) Plombun hermetikliyi

E) Kanala asan daxil edilib çıxarılması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
136) Kök kanallarını doldurmaq üçün nəzərdə tutulan materiallardan hansı daha çox bioloji həmrəylik xüsusiyyətinə malikdir?

A) Evgedent

B) Rezorsin formalin pastası

C) Sink-oksid-evgenol pastası

D) Quttaperç ştiftlər

E) Endodent


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
137) İltihab əlehinə (ödem əleyhinə) effekt almaq məqsədi ilə kanal doldurularkən pastaların tərkibinə nə əlavə edilir?

A) Hormonal preparatlar

B) Antiseptiklər

C) Sulfanilamid preparatları

D) Antibiotiklər

E) Kalsium hidroksid


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
138) Quttaperç ştiftlərlə işləyərkən kanalın hermetikliyini təmin edən ən etibarlı üsul hansıdır?

A) Kanalın endodontik işlənməsi və sadəcə ştiftin kanala daxil edilməsi

B) Plüqqer vasitəsi ilə plomblama

C) Vertikal kondensasiya

D) Kanalın əvvəlcə endodontik alətlərlə işlənməsi, sonra pastanın, axırda isə quttaperç ştiftin kanala daxil edilməsi

E) Bərkiyən pastalarla plomblama


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Parodont xəstəlikləri: gingivit, parodontit, parodontoz

139) Alveolyar diş əti nədir?

A) Diş ətrafı diş əti

B) Alveolyar çıxıntını örtən diş əti

C) Diş əti məməciyi

D) Keçid pərdənin selikli qişası

E) Dişi əhatə edən diş əti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
140) Marginal diş əti nədir?

A) Dişi əhatə edən diş əti

B) Dişlərin arasında olan diş əti

C) Keçid pərdəsinin selikli qişası

D) Diş əti məməciyi

E) Alveolyar çıxıntını örtən diş əti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
141) Parodont nədir?

A) Diş,dişin minası, diş əti, periodont

B) Diş əti, periodont, alveol sümüyü, kökün sementi

C) Alveol sümüküstlüyü, periodont

D) Diş əti,dişin minası, periodont, kökün sementi

E) Diş, periodont, alveol sümüyü


Ədəbiyyat: Боровский Е.В Терапевтическая стоматология, 2004
142) Normada hansı nahiyənin epitelisi buynuzlaşır?

A) Diş əti yarığının

B) Keçid pərdənin

C) Yanağın selikli qişasının

D) Dodağın selikli qişasının

E) Papilyar diş ətinin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin