Adətən komputerlərın yaddaşı istənilən qədər böyük həcmə malik olmur.Lakin komputerlərdə həll edilən məsələlər üçün bir çox hallarda istifadə olunan yaddaş sahəsi dəfələrlə komputerin əsas yaddaşından çox ola bilər.Ona görə də bir çox hallarda istifadə olunan proqramlar üçün verilənlərin sayı çox olanda bu verilənlər sanki komputerin virtual yaddaşında yerləşə biləcəyi hal kimi seçilərək onun obrazı xarici yaddaş qurğularında saxlanılaraq onlar ayrı-ayrı müəyyən uzunluqlu bloklara bölünməklə hər bloka proqramdan istifadə edildiyi halda yaddaşın müəyyən bloku ilə əvəzləməklə istifadə olunurlar.Virtual yaddaşdan istifadə etməklə faktiki olaraq yerinə yetirilən proqramların həcminin əsas operativ yaddaşın həcmindən 1 neçə dəfə çox olmasına imkan yaradır.Lakin proqram yerinə yetirilərkən daha tez tez proqramların xarici yaddaş qurğusunda saxlanan bloklarına müraciətlər edilərsə bu halda proqramların yerinə yetirilmə sürəti 1 neçə dəfə aşağı düşür.Buna misal kimi Windovs əməliyyatlar sistemində komputerin yaddaşı kiçik olduğu halda böyük yaddaş tələb edən (Məsələn:video ve audio məlumatların emalı proqramları) proqramlardan istifadə edərkən əməliyyat prosesini çox aşağı sürətlə yerini yetirməsini göstərmək olar.Proqram yerinə yetirilərkən operativ yaddaşdan istifadə olunan ünvanlar fiziki və ya məntiqi ünvan kimi istifadə oluna bilər.Bu halda proqramda istifadə oluna bilən ünvan əgər operativ yaddaşdakı ünvanlana bilən hissədirsə bu halda həm fiziki həm də eyni 1 ünvan göstərmiş olur. Proqramın həcmi kafi qədər böyük olduğu halda isə (yəni ünvanlana bilən proqramın hissəsi fiziki yaddaşa sığmadığı hal) ünvan məntiqi ünvan və məntiqi ünvanın operativ yaddaşa çağrılaraq yerləşdirildiyindən sonra istifadə etdiyimiz ünvan isə fiziki ünvandır.
Virtual yaddaş, fiziki və məntiqi ünvanlar.Fiziki ünvanın hesablanması.
EHM-dan istifadə edərkən daha böyük həmdə əməli yaddaş sahəsindən istifadə etmək üçün operativ yaddaş müəyyən uzunluqda bərabər hissələrə bölünürlər.Bu hissələrə bəzi hallarda səhifələr (pages) və yaxud seqmentlər deyirlər. İnter prossessorlarında ünvanlaşdırma aparmaq üçün operativ yaddaş əksər hallarda 64 kb-a bərabər olmaqla müəyyən bloklara bölünür.Bu bloklara seqmentlər deyirlər.Hər bir seqmentin daxilindəki müəyyən oyuğa müraciət etmək üçün isə seqmentin başlanğıcından istifadə olunan oyuğa qədər olan sürüşmədən (off set) istifadə olunur.Ona görə də operativ yaddaşın hər hansı 1 oyuğuna müraciət üçün aşağıdakı formatdan istifadə olunur.