Əməli yaddaşın hər bir oyuğuna müəyyən məlumatı yazmaq və oxumaq mümkün olduğu üçün əməli yaddaş qurğusunu müraciətli yaddaş qurğusu da adlandırırlar. Əməli yaddaşalr əsasən DRAM və SRAM kimi yaddaş növlərindən təşkil olunur. Kompüterlərdə ən çox DRAM mikrosxemi əsasında hazırlanmış yaddaşdan istifadə olunur.Bu (DRAM) mikrosxemin əsas xüsusiyyətlərindən biri əməli yaddaşın bütövlükdə verilənləri dinamik yadda saxlamasıdır. Yəni informasiya əməli yaddaşa dəfələrlə yazmağa imkan verir. Veriənlərin daimi yenilənməsini tələb etməyən yaddaş növü statik yaddaş adlanır-SRAM.İstər DRAM istərsə də SRAM yaddaşında verilənlər cərəyana qoşulu olanda saxlanılır.DRAM qurğularında 1 bitin saxlanması üçün 1 tranzistor və 1 cüt kondisatordan istifadə olunur.Məhz yüklərin olması və olmaması 2 lik bitlərin kodlaşdırılmasına imkan verir.Əsas problem yaddaşın dinamik olması ,yəni daimi regenerasiya olmadığı halda kondisatorlar arasındakı yüklərinin axınının baş verməsidir. Dinamik yaddaş göründüyü kimi çox sadə struktura malikdir. Onun hazırlanması ucuz başa gəlir və ölçüsü çox kiçikdir.Statik RAM-lar isə regenerasiya tələb etmirlər, strukturu mürəkkəbdir və daha çox yer tutur , baha başa gəlir.Lakin bu tip yaddaşlar regenerasiya tələb etmədiyi üçün onların həm enerji sərfiyatı aşağı olur, həm də onlara müraciət vaxtı çox kiçik olur.Ona görə də SRAM yaddaşında əsasən prosessorların tərkibindəki daxili registirlərdə keş yaddaşında istifadə olunur.Hər bitin SRAM konstruksiyasında saxlanması üçün 6 tranzistordan ibarət klaster istifadə olunur.
Keş yaddaş prossessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Əməli yaddaşa müraciəti sürətləndirmək, komputerin məhsuldarlığını artırmaq üçün keş yaddaşdan istifadə olunur.Bütün əsas yaddaşın sürətlə işləyən keş yaddaş kimi hazırlanması texneloji cəhətdən çox baha başa gəlir. Odur ki iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması daha əlverişlidir.Komputerin yaddaşına müraciət zamanı verilənlət keş yaddaşdan axtarırlar. Əgər axtarılan məlumat keş yaddaşda varsa o keş yaddaşdan ,yoxdursa , həmin məlumatı özündə saxlayan hissə operativ yaddaşdakı məlumatla əvəzlənir.Adətən keş yaddaşa müraciət vaxtı 50-60 nsan olur. Keş yaddaşın məlumat tutumu 128-1024 kb qədər olur.