Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr şəklinədə yarananlar



Yüklə 0,99 Mb.
səhifə101/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   95   96   97   98   99   100   101   102   103
Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr şəklinədə yarananlar: Bu yolla yaranan çox az ktematonimlərə rast gəldik. Məsələn: “Uşaqdan böyüyə” (uşaq proqramı, ANS), “Fəhlə-gənclər!” (məktəbi), “Maşın–traktor” (stansiyası)

2) “İsim+zərf” formasında olanlar: “Həyat burda” restoranı və s.

3) “İsim+fel” formasında yarananlar: “Nuş olsun!”, “Sağlam olun” və s. Bu formada yaranan ktematonimlər əsasən əmr tipli cümlə şəklində olurlar.

Tabesizlik əlaqəli ismi birləşmələr: “Ümumiyyətlə, söz birləşmələri, eləcə də ismi birləşmələr tabelilik əlaqələri əsasında əmələ gəlir. Buna baxmayaraq, tabesizlik əlaqəli ismi birləşmələrə də təsadüf edilir; məs.: “Atalar və oğullar”, “Hərb və sülh ”, “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Romeo və Cülyetta”, ”Hürmüz və Əhriman” və s. Tabesizlik əlaqəli birləşmələrdə mərkəzləşdirici söz olmur. Bu xüsusiyyət onları başqa növ birləşmələrdən ayırır. Lakin bunlarda belə bir formal əlamətin – mərkəzləşdirici sözün yoxluğu onların semantik-qrammatik vahidliyini inkar etmir. Burada, tabesizlik əlaqəsini əmələ gətirən vasitələrdən (intonasiya, bağlayıcı) başqa, komponentləri bir mərkəzdə birləşdirən gizli bir bağ da var. Bu birləşmələr müstəqil mənaya malik sözlərin təsadüfi birləşməsi olsa da, müəyyən bir hadisənin, anlayışın adı kimi formalaşdığına görə dildə sabitləşməyə başlayır. Məhz buna görədir ki, onların komponentləri birləşmənin zəruri ünsürlərinə çeviri və tərəflərdən birinin başqa sözlə əvəz edilməsi uyğunsuzluğa səbəb olur, qulağımıza suni səslənir; məsələn, “Leyli və Məcnun” əvəzinə “Leyli və Həsən” və yaxud ”Fatma və Məcnun” işlətmək olmur [1, s.56]. Demək olar ki, idionimlərin əksəriyyəti bu yolla yaranmışdır. Məsələn, “Abbas və Gülgəz” dastanı, “Mehr və Müştəri”, “Əli və Nino”, “Xosrov və Şirin”, “Səhhət və Mərəz” və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin