Kitab adları. Kitablar insan həyatında son dərəcə mühüm rol oynayır. Onlar insanın həyat yoluna çıraq tutub işıqlandırır, düzgün yol göstərir, insana mənəvi sakitlik, bilik və dünyagörüşü aşılayır. Kitabın saydıqca bitməyən faydaları içərisində ən önəmlisi insanı maarifləndirməyə xidmət etməsidir. Kitabların adları onların hansı sahəyə aid olduqlarını ilk müəyyən edən atributdur. Məsələn, elmi kitabların adları əsasən lakonik, emosiallıqdan və bədiilikdən uzaq olur. Kitabın adı hansı elm sahəsinə aiddirsə o sahənin terminləri ilə ifadə olunur. Dərsliklər buna ən gözəl nümunədir. Məsələn, Müasir Azərbaycan dili, Ümumi Dilçilik kursu, Fizika, Cəbr və Həndəsə və s. Azərbaycan dili və ədəbiyyatına həsr olunan bəzi kitablarda obrazlı ifadə edilməni müşahidə edirik. A.Axundovun “Torpağın köksündə tarixin izləri”, M.Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. Bədii kitab adları ilə maraqlı adları ilə insanın diqqətini özünə cəlb edir. “Qoşma”, “Dalğa” (Əhməd Cavad), “Ələmdən nəşəyə” (S. Rüstəm), “Küləklər”, “Günün səsləri”, “Vuruşmalar” (Mikayıl Müşfiq), “Atamın andı”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Tələbəlik illəri”(Məmməd Araz), “Deyilənlər gəldi başa” (Y.Səmədoğlu), “Əmi evində” (C.Mirzəyev),” Salam, dar ağacı” (R.Behrudi) və s. Dini kitab adları əsasən dini anlayışlar ifadə edən sözlərlə adlandırılırlar. Müsəlmanların dini müqəddəs kitabı olan “Qurani-Kərim” və s. Lüğət kitabları izahlı və tərcümə lüğət kitablarıına bölünür. İzahlı lüğətlərlərin adları hansı dilin izahına həsr olunubsa həmin dilin adını özündə əks etdirir. Məsələn, Azərbaycan dilinin izahlı lüğəti, IV cilddə. Tərcümə lüğətlərinin adları əsasən iki dilin adları əsasında yaranır. Məsələn, Rusca-Azərbaycanca lüğət, Farsca-Azərbaycanca lüğət. Digər lüğətlərin adları da (terminoloji, dialektoloji, onomastik lüğətlərin adları) bura daxildir.