Dram əsərlərinin adları. Dram əsərlərinin adları da digər bədii əsər adları kimi yaranma və formalaşma prosesi keçir. “Ana”, “Peyğəmbər”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Topal Teymur” , “Siyavuş”, “Xəyyam” (Hüseyn Cavid), “Göz həkimi”, “Ana laylası” (İslam Səfərli), “İşıqlı yollar”, “Sən həmişə mənimləsən”, “Xurşidbanu Natəvan”, “Tənha iydə ağacı”, “Şeyx Xiyabani”, “Unuda bilmirəm”, “Atayevlər ailəsi” (İlyas Əfəndiyev) Məsələn, Misir Səfərov “Dram dilinin onomastik vahidləri” məqaləsində Nəcəf bəy Vəzirovun dram əsərlərinin onomastik vahidlərini təhlil etmiş və dram əsərlərinin adlarına da toxunmuşdur. O, belə bir qənaətə gəlir ki, Nəcəf bəy Vəzirov dram əsərlərinin adlarını əsasən atalar sözü və məsəllərdən götürüb. “Daldan atılan daş, topuğa dəyər”, “Sonrakı peşmanlıq fayda verməz”, “Nə əkərsən, onu biçərsən” və s. [25, s.132].
Dostları ilə paylaş: |