Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Publisistik və elmi əsər adları



Yüklə 0,99 Mb.
səhifə36/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   32   33   34   35   36   37   38   39   ...   103
Publisistik və elmi əsər adları. Publisistik əsərlər əsasən informativ xarakter daşıyır, geniş oxucu kütləsinə malikdir. Publisistik əsərlərə məqalə, felyeton, oçerk, icmal, məktub, xəbər və s. aid edilir. A.Q.Bəşirova “Publisistik əsər adlarının xarakterik xüsusiyyətləri” adlı məqaləsində publisistik əsər adlarını adlanma prinsipini tezis şəkildə vermişdir. O, adları aşağıdakı kimi qruplaşdırır:

  1. Cümlənin intonasiyasına görə, nəqli, sual, nida cümlələri ilə ifadə olunan publisistik əsər adları: “Bu gün müstəqillik günüdür”, “Siz bunları bilirsinizmi?”, “Biz sühhə səs veririk” və s.

2) Adlıq və yarımçıq cümlə şəklində olanar: “Xarici xəbərlər”, “Nizami və folklor” və s. “Özgəyə quyu qazan...”, “heyf ki...” yarımçıq cümlə şəklində olan publisistik əsər adlarıda buraxılmış hissəni publisistik əsərin mətnində ifadə olunduğunu görürk.

3) Publisistik əsər adında xitabların işlənməsi. Məsələn,“Abituriyentlər, sizin üçün” və s.

4) Publisistik əsər adının şeir misrası ilə verilməsi. “Çox keçmişəm bu dağlaradan”və s.

5) Bəzən tədqiq etdiyi bədii əsər adı ilə publisistik əsər adı eyni olur. “Qətl günü”,“Unuda bilmirəm” [38, s.211].

Təbii ki, bu xüsusiyyətlərlə publisistik əsər adlarının xüsusiyyətlərini məhdudlaşdırmaq olmaz. Ədəbiyyatımızda bir çox şair və yazıçılar bədii əsərlərlə yanaşı publisistik əsərlər də yaratmışlar. Buna ən gözəl nümunə Mirzə Cəlil Məmmədquluzadəni göstərə bilərik. Onun yaradıcılığının böyük bir hissəsini publisistik əsərlər təşkil edir. O, ədəbiyyatımızda felyeton və satirik publisistikanın yaradıcısı kimi tarixə düşüb. “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Xoşbəxtlik”, “Cümhuriyyət” məqalələri, “Meymunlar”, “Bizim obrazovannılar” felyetonlarında mövcud ictimai-siyasi duruma, Şərq xalqlarının tarixi taleyinə, dini mövhumatın və məişətdəki geriliyin tənqidinə, elmin, mədəniyyətin təbliğinə dair maraqlı fikir və mülahizələrlə çıxış etmişdir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin