Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Qida məhsullarının adları



Yüklə 0,99 Mb.
səhifə57/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   53   54   55   56   57   58   59   60   ...   103
Qida məhsullarının adları

Zəngin mətbəxi ilə daima diqqət mərkəzində olan milli mətbəximiz özünün ləziz, çoxçeşitli yeməkləri ilə seçilir. Ktematonimlərin tərkib hissəsinin böyük bir qismini məhz qida məhsullarının adları təşkil edir. Bu ad altında müxtəlif növ qidalar, yeməklər, içkilər birləşir. Adil Bağırov qida məhsullarının adlarının öyrənilməsi vacib hesab edir və xalqımızın etnoqrafiya tarixi, sosial-iqtisadi həyatı, kulinariya mədəniyyəti, adət-ənənəsi və dilimizin onomastik leksikasının öyrənmək üçün bölgələr üzrə qida məhsullarının adlarının toplanması, növləri üzrə qruplaşdırılıb struktur-semantik əlamətlərinə görə təhlilinə cəlb edilməsini vurğuluyur [35, s.278].

Hər bir xalqın mətbəxi onun tarixi qədər qədimdir və hər bir xalq özünün məşhur yeməkləri ilə tanınır. Xörəklər dad-tam baxımından xalqların ağız zövqlərini nümayiş etdirir. Bu baxımdan özümüzü şanslı hesab edə bilərik. Nəzərə alsaq ki, milli mətbəximiz dünyada məşhurdur onda başqa sözə ehtiyac yoxdur.

Dadlı yeməklərimiz Qafqaz xalqlarının kulinariyasına da daxil olub. Bu proses qarşılıqlı baş verib. Ancaq bədxax qonşularımız məşhur dolmamızı, bozbaşımızı, plovumuzu və adını çəkmədiyim onlarla yeməklərimizi özünküləşmək istiyirlər. Beynəlxalq festivallarda dünyaya milli yeməkləri kimi sırımağa cəhd göstərirlər. Dolma, bozartma və çığırtma, qovurma, qızartma, soyutma yeməklərinin adlarının əsasında “doldurmaq”, “bozartmaq”, “çığırtmaq”, “qovurmaq”, “qızartmaq”, “soyutmaq” feilləri dayanır. Əgər nəzərə alsaq ki, bütün feillər ta qədimdən bəri heç bir assimilyasiyaya uğramadan saflığını qoruyub bu günümüzə kimi gəlib çıxmışdır . Buna görə xörək adlarının milli olmasına heç bir şübhə qalmır .



Ümumiyyətlə, qida məhsullarının adlandırılmasında belə bir prinsipin mövcudluğunun şahidi oluruq. Xörək və içki adları hazırlandığı məhsulun növündən və hazırlanma texnologiyasından asılı olaraq adlandırılır və təsnif olunur. Məsələn, ətlə hazırlanan yemək adları, tərəvəz və meyvələrdən hazırlanan yemək adları, süddən hazırlanan yemək adları, xəmir xörəklərinin adları.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin