Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Tədqiqatın nəzəri və praktik əhəmiyyəti



Yüklə 0,99 Mb.
səhifə6/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   2   3   4   5   6   7   8   9   ...   103
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqatda əldə olunan nəticələrin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Azərbaycan dilində ktematonimlərin toplanıb sistemləşdirilməsi, linqvistik baxımdan bütün səviyyələrdə təhlil edilməsi, struktur-semantik və üslubi sərhədlərinin və s. müəyyənləşdirilməsi Azərbaycan elminin bir sıra məhdud məsələlərinin həllində əhəmiyyətlidir. Tədqiqatın nəzəri müddəalarından və əməli tətbiqindən ədəbi dilimizin tarixi, sahə leksikologiyası, etnoqrafik leksikası, xalqımızın etnogenezi məsələlərinin öyrənilməsində, eyni zamanda onomastikanın ayrı-ayrı qruplarının araşdırılmasında mövcud tədqiqatın nəzəri əsaslarından bu və ya digər dərəcədə istifadə etmək olar. Təqdim olunan dissertasiyada müasir Azərbaycan dilində müşahidə olunan xeyli sayda ktematonimlərin böyük əksəriyyəti tədqiqata cəlb olunmuşdur. Tədqiqata cəlb olunan başqa mənbələr Azərbaycan ədəbi dilindən, dilimizin dialekt və şivələrinə aid nəşr olunmuş lüğət və monoqrafiyalardan, Azərbaycan dilinin tarixi qrammatikasına dair çap olunmuş dərslik, monoqrafiya və məqalələrdən, eyni zamanda türkologiyaya aid çap olunmuş məqalə və monoqrafiyalardan, onomastikaya aid məqalə, monoqrafiya, namizədlik və doktorluq dissertasiyalarından və başqa dil faktlarından ibarətdir. Eyni zamanda istifadə olunan mənbələr içərisində şair və yazıçılarımızın seçilmiş əsərləri - Məhəmməd Füzuli. Seçilmiş əsərlər, IV cild, Bakı, “Nurlan”, 2008, 432 s., Molla Pənah Vaqif. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 264 s., Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. II cilddə, I cild, (Şeirlər). Bakı, “Öndər nəşriyyatı”, 2004, 328s., Səməd Vurğun. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb”, eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanı müraciət olunan mənbələrin siyahısına daxildir. İstifadə olunmuş ədəbiyyat siyahısına rus, türk ədəbiyyatları da daxildir. İnternet resurslarından da geniş istifadə olunmuş, maraqlı faktlar diqqətə çatdırılmışdır.

Tədqiqatın praktik əhəmiyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onun nəticələrinə əsaslanmaqla onomastikaya aid monoqrafiya yazmaq və etimoloji, onomaloji lüğətlərin tərtib edilməsində mövcüd materiallardan istifadə etmək olar. Mövcüd dissertasiyanın materiallarından onomastikaya aid əsərlər yazılmasında, yaxud dərslik hazırlanmasında da istifadə etmək olar.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin