Spirtli içki adları. Əsasən araq, çaxır, pivə, şampan, konyak, rakı kimi sözlərin köməyi ilə düzəlir. Bu apelyativlər spirtli içkinin növünü göstərir. Müxtəlif adlarda təqdim olunan spirtli içkilərdə adlandırma prinsipi də müxtəlifdir. Məsələn, istehsal olunduğu ərazinin adı ilə adlananlar; “Şahbuz” arağı, “Gəncə” arağı, “İvanovka” çaxırı və s. Simvolik ad daşıyanlar; “Ayı qanı” çaxırı, “Qırmızı süfrə” şərabı və s. Hazırlandığı meyvə və bitki özündə əks etdirən şərab adları; “Tut arağı”, “Üzüm çaxırı” və s. Narşərab spirtli içki olmasa da o da yaranma yolu etibarı ilə bura daxildir.