Şirniyyat adları. Milli mətbəximiz xörəkləri ilə yanaşı şirniyyatları ilə də zəngindir. Məsələn, şəkərbura, paxlava, badambura, kətə, şirin çörək, qoğal, tər halva, qırma badam, güllac və s. Hər bir şirniyyat adının maraqlı yaranma tarixi vardır. Məsələn,“Bamiyə” şimal bölgələrimiz üçün xarakterik olan şirniyyatdır. Daha çox Şəki mətbəxinin şirniyyatı kimi tanınır. Ün, yağ, şəkərdən hazırlanır. Yağda qızardılır, sonra şərbətə salınır. Şirniyyatın “bamiyə” adlanması onun bamiyə bitkisinə oxşamasıdır. Bamiyə bitkisi əməköməcilər fəsiləsindən olan birillik bitkidir. Vətəni Şərqi Afrikadır. Azərbaycanda Xaçmaz və Xankəndi ərazilərində yetişdirilir [27, s. 15].