Heykəltaraşlıq. Bu sahəyə aid olan incəsənət əsərlərinin adları əsasən həsr olunan şəxsin, obrazın adından və “heykəl”, “büst”, “qorelyef”, “fiqur”, “abidə” sözlərinin birləşməsindən əmələ gəlir. Məsələn, “Məhəmməd Füzuli” abidəsi (Tokay Məmmədov və Ömər Eldarov), “Şah İsmayıl Xətayi” abidəsi (İ.Zeynalov), “Akademik Yusif Məmmədəliyev” abidəsi (A.Əsgərov), “Fərhad dağı yarır” qorelyefi (Cəlal Qaryağdı), “Heydər Əliyev” heykəli (Ömər Eldarov), “Oxatan gənc” fiquru (Fuad Əbdülrəhmanov), “Dua edən qadın” fiquru, “Əsrin əks-sədası” fiquru, “Çılpaq qadın” fiquru (F.Nəcəfov) və s.
Dostları ilə paylaş: |