Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Orden və medal adıları (faleronimlər)



Yüklə 0,99 Mb.
səhifə69/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   65   66   67   68   69   70   71   72   ...   103
Orden və medal adıları (faleronimlər). Orden və medal adlarıda xrematonimlərin tərkibinə daxildir. Azərbaycan Respublikasının ilk ordenləri “Qırmızı Bayraq” ordeni və “Qırmızı Əmək bayrağı” ordeni adlanıb. Azərbaycan Sovet Respublikasının tərkibinə qatıldıqdan sonra dövlət bayrağı qırmızı rəngdə və üzərində beş güşəli ulduz, çəkic və oraq şəklindən ibarət idi. Bu da öz əksini ordenlərdə tapmışdır. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra orden və medallarının təsis edilməsi haqqında “Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli qanunu, həmin qanuna dəyişikliklər və əlavələr edilməsi barədə 1993-ci il dekabr tarixli qanunu, həmçinin 2003-cü il 7 noyabr tarixli və 2005-ci il 22 aprel tarixli qanunları ilə aşağıdakı ordenlər təsis edilmişdir: “Heydər Əliyev” ordeni; “İstiqlal" ordeni”; “Şah İsmayıl” ordeni; “Azərbaycan bayrağı” ordeni; “Şöhrət" ordeni”; “Vətənə xidmətə görə” ordeni. 12 mart 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Şərəf” və “Dostluq” ordenləri təsis edilmişdir” [147]. Hər bir orden və medal adları təltif olunduğu xidməti özündə canlandırır. Məsələn, “Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının ən yüksək ordenidir. 2005-ci ildə təsis edilən orden ümummilli liderimiz Heydər Əliyevin şərəfinə adlandırılmışdır. İlk dəfə olaraq orden İlham Əliyevə verilmişdir. İndiyənədək 26 nəfər Heydər Əliyev ordeni ilə təltif olunmuşdur. Bu orden Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycanın inkişafına, şan-şöhrətinin artmasına əvəzsiz töhfə verən xidmətlərinə görə verilir. 1992-ci ildə təsis edilən “İstiqlal” ordeni statusu ondan ibarətdir ki, Azərbaycan Respublikasının azadlığı uğrunda, dövlət quruculuğunda yaxından iştirak edən, dövlət və xalq qarşısında xüsusi xidmətlərinə görə seçilən vətəndaşlara verilir. Ordenin adı simvolik xarakter daşıyır.

Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (ARSQ) ali rütbəli zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri ARSQ-nin təşkilində və möhkəmləndirilməsində, Azərbaycan Respublikasınınərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində, respublikada fövqəladə halların aradan qaldırılmasında xüsusi xidmətlərinə görə təltif edilirlər."Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasında milli azadlıq hərəkatında iştirakına və ictimai-siyasi fəaliyyətinə görə; hərb elminin və hərb texnikasının inkişafında, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə verilir. “Rəşadət” ordeni 2017-ci ildə təsis olunub. Əsasən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına verilir. "Dostluq" ordeni Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə təltif olunur. Orden adlarından ikisi görkəmli dövlət xadimlərimizin şərəfinə adlandırılmış, digərləri isə xidmətin sahəsinə, növünə görə ad seçilmişdir. Azərbaycan Respublikasının aşağıdakı medalları vardır:

Qızıl Ulduz”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Tərəqqi”, “Hərbi xidmətlərə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Sərhəddə fərqlənməyə görə”, “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Qüsursuz xidmətə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalları ilə yanaşı, bir sıra yubiley medalları da təsis edilmişdir [138].

2020-ci il Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Döyüş vaxtı göstərdikləri igidliyə görə şəhidlərimiz ölümündən sonra, qazi və hərbçilərimiz yeni təsis olunan “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və s. kimi medallarla təltif olundu. Medal adlarının adlandırma prinsipləri orden adlarında olduğu kimidir. Burada fərqli cəhət ondan ibarətdir ki, medal adları daha çox “xidmətə görə”, “uğrunda”, “fərqlənməyə görə” ifadələrnin köməyi ilə yaranmışdır.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin