Qışın oğlan çağı. Bildiyimiz kimi qış ayı rəsmi olaraq dekabr ayının 1-dən başlayır. Ancaq el arasında qeyri-rəsmi təqvim mövcuddur. Bu təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayır. Qış fəsli el arasında 3 hissəyə bölünür. “Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. Boz ay fevralın 21-dən başlayır. Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir” [144]. Buna görə də , “Qışın oğlan çağı” dedikdə yəni soyuğun pik nöqtəsi, havanın dərəcəsinin çox aşağı olması və s. nəzərdə tutulur. Fevralın 20-dən sonra havanın tempraturu get-gedə yüksəlməyə başlayır. Baharın təravəti duyulur.
Ümumiyyətlə, dilimizdə həftənin günlərinin adları ərəb və fars mənşəlli, ilin aylarının adları avropa mənşəllidir. Etimologiyalarına nəzər yetirdikdə dilimizin hansı tarixi proseslərdən keçib gəldiyi, hansı təsirlərə məruz qaldığı və birbaşa bu hadisələrin özündə yaşatdığının şahidi oluruq. Həftənin günlərinin adları ərəb istilasından bu günkü günümüzə kimi müəyyən dəyişikliyə uğrasa da dilimizdə işlənməkdədir. Sovet hakimiyyətinin təsiri burada özünü büruzə vermir. İlin aylarının adların da isə fərqli nəticə görürük. Bu da təqvim dəyişikliyi ilə əlaqədardır. Miladi təqvimdə ilin aylarının adları yuxarıda sadaladığımız kimi ifadə olunur.
Dostları ilə paylaş: |